“Zədəmin nə dərəcədə ciddi olduğunu və bərpa müddətini hələ tam bilmirəm”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
Avropa Liqasının “Bayer”lə Bakıdakı oyununda zədələndiyi üçün əvəzlənən qolkiper Rusiya mətbuatına açıqlama verib. Onun ən azı 10 gün sıradan çıxdığı bildirilsə də, qolkiper hələ tam məlumatlı olmadığını etiraf edib: “İlk dəfə deyil ki, Rusiya millisinə çağırılandan sonra zədələnirəm. Əlbəttə ki, bu, xoş deyil. Ümid edirəm ki ciddi bir şey olmaz. Mən də növbəti oyunlara bərpa ola bilərəm. Əlbəttə ki, yığmada da oynayacağıma ümid edirəm”.
Qeyd edək ki, Lunyov əvəzləndikdən sonra qol buraxan “Qarabağ” 0:1 hesabı ilə uduzub.
- Ertem Şener "Zirə"nin qonağı olub - FOTO
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə
- İstanbul derbisinin qalibi “Beşiktaş” oldu
- Real Madrid əfsanəsi ilə davam edir – Avroliqada tarixi rekorda imza atacaq
- Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Sinqapurda görüşlər keçirib