![“Araz-Naxçıvan”dan elitada yubiley oyunu](https://apasport.az/storage/news/2023/october/02/big/651a79e8cde62651a79e8cde631696233960651a79e8cde60651a79e8cde61.jpg)
Misli Premyer Liqasının VIII turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Muxtar Respublika təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 50-ci matçını keçirib.
Bu, “Zirə” ilə ev qarşılaşmasına təsadüf edib. Görüşdə minimal hesabla qələbə qazanan meydan sahibləri yubileydə üç xala sevinib – 1:0.
2000/01 və 2001/02 mövsümlərində də elitada çıxış edən “Araz-Naxçıvan” 3-cü dəfə əsas liqada mübarizə aparır. 2014/15 mövsümündə Premyer Liqada yarışa başlayan komanda mübarizəni erkən dayandırdığı üçün həmin nəticələr ləğv edilib.
50 qarşılaşmada 14 qələbə və 9 heç-heçəsi olan naxçıvanlılar 27 dəfə uduzub. Komandanın debütü isə 2000-ci il avqustun 5-də gerçəkləşib. “Qarabağ”ın qonağı olan “Araz-Naxçıvan” səfərdən xalsız ayrılıb – 0:1.