![“Araz-Naxçıvan”ın rəqiblərindən biri dəyişib](https://apasport.az/storage/news/2024/december/28/big/676fbc742c860676fbc742c8611735375988676fbc742c857676fbc742c85f.jpg)
“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra - yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək. Görüş “Kapital Bank Arena”da keçiriləcək.
Məlumatda bildirilib ki, oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.