"Arsenal" "Tottenhem"in antirekordunu təkrarlayıb
24.04.2025 - 11:38
"Arsenal" "Tottenhem"in antirekordunu təkrarlayıb

"Arsenal" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Apasport.az “opta”ya istinadən xəbər verir ki, London klubu “Kristal Pelas”la oyunda (2:2) son dəqiqələrdə qələbəni əldən verib.

Bununla da "Arsenal" mövsüm ərzində öndə olduğu 9 oyunda qalibiyyəti qoruyub saxlaya bilməyərək, Premyer Liqa tarixinin antirekordunu təkrarlayıb.

Qeyd edək ki, "Tottenhem" də 2007/2008 mövsümündə 9 dəfə qələbəni əldən verib.