Avropa Oyunları: Boksçumuz 1/4 finalda - FOTOLENT
26.06.2023 - 22:22

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarına ikinci döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.
Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
- Ter Ştegen “Porto”ya qarşı oynamayacaq
- Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- "Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
- "Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlar aparır
- Mədinə Sadıqova: “Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim”
0
0