Avropa Oyunları: Ramazanova 1/32 finalda dayandı - FOTO
27.06.2023 - 15:53
Krakov-2023 III Avropa Oyunlarında kamandan oxatma yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qadınların fərdi yarışında 1/32 final görüşləri keçirilir.
Azərbaycan yığmasının açılış mərasimindəki bayraqdarı Yaylagül Ramazanova da növbəti sınağına çıxıb. O, Paulina Ramanauskayte (Litva) ilə görüşüb. 5:6 hesabı ilə uduzan təmsilçimiz Krakov-2023-lə vidalaşıb.
Qeyd edək ki, Yaylagül kamandan oxatmada yeganə təmsilçimiz idi.
- Xisko Munyoz: "Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir"
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
- “Qarabağ”da əsas heyətdə olmaq "Nyukasl"da 3-4-cü qapıçı olmaqdan yaxşıdır" - Lunyov
- Türkiyə millisi 1/8 finalda
- Konfrans Liqası: Mahirin komandası qələbə qazandı - YENİLƏNİB
0
0