“Ayın qolu” layihəsinin qalibləri bəlli olub
09.01.2026 - 16:45
“Ayın qolu” layihəsinin qalibləri bəlli olub

“Ayın qolu” layihəsində dekabr ayının qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Ryonosuke Ohori, I Liqada Ruslan Voronsov və II Liqada Ramin Məhərrəmov birinci olub.