Azərbaycan kuboku: "Araz-Naxçıvan" "Qarabağ"a qarşı - YENİLƏNİR
23.04.2025 - 08:13

Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, hər iki görüş bu gün baş tutacaq.
İlk oyunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Tərəflər arasındakı ilk görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ın qonağı olacaq.
Azərbaycan kuboku,
Yarımfinal
23 aprel
17:00. "Qarabağ" - "Araz-Naxçıvan"
0
0