“Milli komanda ilə dünya kubokunu qazanmaq karyeramdakı ən böyük arzum idi".
Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo deyib.
37 yaşlı futbolçu paylaşdığı postunda bildirib ki, bu dünya çempionatı onun üçün sonuncu olub: "Bu arzum üçün mübarizə apardım. 16 il ərzində 5 dəfə dünya çempionatında çıxış etdim. Hər şeyimi verdim. Meydanda bütün gücümü ortaya qoydum. Heç vaxt mübarizədən qaçmadım və bu arzumdan əl çəkmədim.
Təəssüf ki, dünən bu arzuya son qoyuldu. Sadəcə, istəyirəm ki, hər kəs bilsin, çox deyilib, çox yazılıb, çox dedi-qodu olub. Amma mən heç vaxt komanda yoldaşlarıma və ölkəmə arxa çevirməzdim.
Hal-hazırda deyəcək başqa bir şey yoxdur. Təşəkkürlər, Portuqaliya. Təşəkkürlər, Qətər. Arzu sağ ikən gözəl idi... İndi ümid etmək qalır ki, zaman yaxşı məsləhətçi olacaq və hər kəsə öz nəticələrini çıxarmağa imkan verəcək”.
- Millimizin Estoniyadakı səfər proqramı
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- “Neftçi”nin baş məşqçisi: “Komandamın belə oyunun gördükdə çox sevinirəm”
- Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı