“Bu gün oyunumuz yaxşı alındı”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Raziyə Əliyeva deyib.
Gənc idmançı Qızıl Avropa Liqasında Estoniya komandası ilə oyunda qazanılan qələbəni şərh edib: “İlk olaraq qələbə qazandığımıza görə çox şadam. Düzdür, ilk set bir az gərgin keçdi, amma uğur bizim tərəfimizdə oldu. Növbəti oyunumuz Avstriya yığmasına qarşı olacaq. İnanıram ki, yenə yaxşı oynayıb qələbə qazanacağıq. Bu gün də mənə oynamaq şansı verildi, bu, məni daha da həvəsləndirir. Avstriya ilə oyunda da meydana çıxsam, komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, millimiz Estoniyanı hər 3 setdə məğlub edib.
- Ançelotti Argentina millisinin üzvünü komandasında istəyir
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- Traore italyanların hədəfində
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Çempionlar Liqasının finalını idarə edəcək hakim bəlli olub