Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin bu sahədə nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki hissədə ACF-nin adaptiv cüdo qrupunun üzvləri də yer alırlar.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.