Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma keçirilib.
“Xankəndi” doğma meydanda “Gəncəbasar”ı, “Zəngəzur” isə “Karvan-Yevlax”ı qəbul edib
Bu qarşılaşmalardan sonra 1/8 final mərhələsinin son iki iştirakçısı müəyyənləşib.
Qeyd edək ki, daha əvvəl “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa”, “Kəpəz”, “Zirə”, “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan” və “Marafon” növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
29 oktyabr (cümə axşamı)
14:00. “Xankəndi” – “Gəncəbasar” 2:3
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Stadion: Şamaxı OİK stadionu.
14:00. “Zəngəzur” – “Karvan-Yevlax” 1:4
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Stadion: Binə qəsəbə stadionu.