Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
29.10.2026 - 16:28
Türkiyə Kubokunun III təsnifat mərhələsində sürpriz nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, III Liqanın 3-cü qrupunda mübarizə aparan “Bitlis 1916 Spor” I Liqa təmsilçisi “Kayserispor”u 4:1 hesabı ilə məğlub edib.
Bitlisdəki Eren stadionunda keçirilən qarşılaşmada meydan sahibləri güclü rəqiblərinə böyük hesabla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
“Kayserispor” isə özündən iki liqa aşağıda çıxış edən rəqibinə uduzaraq Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, “Bitlis 1916 Spor” ötən mövsüm Regional Həvəskarlar Liqasından III Liqaya yüksəlib.
0
0