Portuqaliyalı ulduz Kriştiano Ronaldo növbəti fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu 2008-ci il performansına görə bütün zamanların “Qızıl top”u (“Ballon d'Or of All Time”) mükafatının qalibi seçilib.
Ronaldo mükafatı qazandıqdan sonra azarkeşlərə təşəkkür edib:
“Futbol azarkeşlərə məxsusdur. Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. Bütün zamanların ‘Qızıl top’ mükafatı həm də sizindir”.
Qeyd edək ki, Kriştiano Ronaldo 2008-ci ildə “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmin il karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb.
Portuqaliyalı futbolçu ümumilikdə beş dəfə – 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top”a sahib çıxıb.