Azərbaycanlı gimnastdan tarixi uğur
25.03.2024 - 13:29
![Azərbaycanlı gimnastdan tarixi uğur](https://apasport.az/storage/news/2024/march/25/big/660143fd4e588660143fd4e5891711358973660143fd4e586660143fd4e587.jpg)
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziya əldə etmişdi.
0
0