Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq
15.10.2026 - 10:33
Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komandamız Slovakiya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə Birləşmiş Ərəb Əmirlikləri və Çexiyanı 4:2 hesabı ilə məğlub edib, Rumıniya ilə isə 3:3 hesablı bərabərliyə nail olub.
0
0