Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı
16.06.2023 - 13:25
Misli Premyer Liqasında komanda sayı artırılıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlama verib.
Onun sözlərinə görə, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.
Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.
- "Mingəçevir"də kompensasiya problemi: Məmmədovun gedişi maya qaldı
- Dmitri Klots: “Əgər kimsə Azərbaycana getmək istəsə...”
- Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” - VİDEO
- Braziliya millisinin sabiq kapitanı "Portu"da
- AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
0
0