Azərbaycan Premyer Liqasında nadir hadisə
03.02.2024 - 17:48
![Azərbaycan Premyer Liqasında nadir hadisə](https://apasport.az/storage/news/2024/february/03/big/65be4410049a865be4410049a9170696808065be4410049a665be4410049a7.jpg)
Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Qarabağ” matçında 4 penalti təyin edilib.
Apasport.az xəbər verir ki, bu, unikal hadisə kimi qeydə alınıb.
Baş hakim Cavid Cəlilov 3 dəfə "Səbail"in , 1 dəfə isə "Qarabağ"ın qapısına penalti təyin edib.
Ağdam klubunun futbolçusu Toral Bayramov 2 imkandan birindən faydalana bilməyib. Həmçinin, "köhlən atlar"ın yarımmüdafiəçisi Yassin Benzia və “dənizçilər”in futbolçusu Pedro Nuno da 11 metrəlik cərimə zərbəsindəndən fərqləniblər.
Qeyd edək ki, qonaqlar 2:1 hesablı qələbə qazanıb.
0
0