Azərbaycan – Qazaxıstan matçının biletləri satışa çıxarıldı
25.08.2022 - 12:58
![Azərbaycan – Qazaxıstan matçının biletləri satışa çıxarıldı](https://apasport.az/storage/news/2022/august/25/big/6307394426aa96307394426aaa16614177966307394426aa76307394426aa8.jpg)
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - Qazaxıstan oyununun biletləri satışa çıxarılıb.
Apasport.az saytının məlumatına görə, azarkeşlər biletləri iTicket.AZ vasitəsilə əldə edə bilərlər.
“Dalğa Arena”da baş tutacaq qarşılaşmada biletlərin qiyməti 2-10 manat arası dəyişir. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq mümkündür.
Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.
0
0