Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.
Apasport.az xəbər verir ki, cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 16,000 idi.
İlkin qeydiyyat artıq başa çatıb.
Seçim zamanı motivasiyalı, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək.
Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran Prisinin təşkilində iştirak edib.
- Sürpriz iddia: Rodriqoya qarşılıq Haalandı istədilər
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- Boksçumuz Qızıl kəmər seriyasına qələbə ilə başladı
- Azərbaycanlı hakim ən yaxşı seçilib
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”