Azərbaycan Qran-prisində qəza
13.09.2024 - 13:32
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə "Formula 2" pilotu qəza törədib.
"Formula 2" komandalarının sərbəst yürüşü zamanı "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
- Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
- "Neftçi"nin sabiq çalışdırıcısı Türkiyə yolunda
- "Qəbələ" yoxlama oyununda "Mingəçevir"in qonağı olub
- UEFA-dan "Fənərbaxça" ilə bağlı yeni qərar
- Millimizin baş məşqçisi: “Azarkeşləri tribunalara dəvət edirəm”
0
0