Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
18.04.2024 - 15:57
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.
Onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov yığmaya dəvət alıb.
Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
- Fernandu Santuş: “Bu ifadəni heç vaxt işlətməyəcəm”
- Mario Balotelli Kimdir? İtalyan Futbolunun Qalmaqallı Ulduzu
- Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
- İtaliya millisinin üzvü Premyer Liqa yolunda
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
0
0