Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
03.05.2024 - 11:33
![Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər](https://apasport.az/storage/news/2024/may/03/big/663494aa0f1a3663494aa0f1a41714721962663494aa0f1a1663494aa0f1a2.jpeg)
Azərbaycanın yeniyetmə şpaqaçıları Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə iştirak ediblər.
Apasport.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlan şpaqaçılar komanda yarşında 22 kollektiv arasında 3-cü, qızlar isə 7-ci olublar.
Jasmin Əliyeva qızların şəxsi yarışında 3-cü, Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev isə 7-ci yeri tutub.
0
0