"Baku Fire" Qazaxıstan təmsilçisini məğlub etdi
09.08.2024 - 21:18
Yeni mövsümün hazırlığını davam etdirən futzal üzrə Yüksək Liqa təmsilçisi "Baku Fire" yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan təmsilçisi "Astana" ilə qarşılaşıb.
"Olimpik Star"da baş tutan görüş "Baku Fire"in 2:1 hesablı qələbəsu ilə başa çatıb. Yüksək Liqa klubunun heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqlənib.
Azərbaycan millisinin üzvü olan Rövşən Hüseynli "Astana"nın formasını geyinir.
Qeyd edək ki, Qazaxıstan təmsilçisi avqustun 13-də "Araz-Naxçıvan"la üz-üzə gələcək.
- “Aris”in prezidenti: “Neftçi” titulları olan çox çətin komandadır”
- Almaniya Bundesliqası 1-ci, Azərbaycan Premyer Liqası 37-ci sırada
- “Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytara bilər
- "Arsenal"da hücumçu axtarışı davam edir
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir"
0
0