"Bavariya" Saşa Boey ilə yollarını ayırır – Rəsmi açıqlama
25.07.2026 - 22:11
Almaniyanın "Bavariya" klubu Saşa Boey və Joao Palinyanın komandadan ayrılacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Froynd açıqlama verib.
"Oyunçularla açıq danışmışıq. Saşa Boey və Joao Palinya gələcək mövsüm üçün planlarımızın bir hissəsi deyil", – deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Saşa Boey 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib.
Fransalı sağ cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində 11 oyunda meydana çıxaraq 1 qol vurub.
- "Sabah"ın hücumçusu Batumidəki darmadağında iştirak etdi
- Niderlandlı futbolçu “Tottenhem”lə müqavilə yeniləməkdən imtina edib
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- AFFA II Liqa klublarını cəzalandırdı
- “Azərreyl” və “Murov Az Terminal” yarımfinala yüksəldi
0
0