![Baxşıyev onu komandasında görmək istəyir - Özəl](https://apasport.az/storage/news/2024/october/30/big/67221a3e7435967221a3e7435a173028819067221a3e7435767221a3e74358.jpg)
“Sabah” aparıcı futbolçularından olan Namik Ələsgərovu komandada saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi yarımmüdafiəçisinə müqavilə müddətini artırmağı təklif edib.
29 yaşlı futbolçunun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Sabah” onunla müqavilə müddətini daha bir illik artırmaq istəyir. Ələsgərovun böyük ehtimalla yeni sezona da “Sabah”da başlayacağı gözlənilir.
“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev də onu komandasında görmək istəyir. Belə ki, Naxçıvan təmsilçisi Ələsgərovu komandaya cəlb etməyi planlaşdırır.
“Bakı”nın sabiq üzvü “Kəpəz”, “Qarabağ”, “Neftçi”, “Bursaspor” klublarında da oynayıb.