“Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı mübarizə apardıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.
Bakıda rəqibi ilə qolsuz bərabərə qalan və Plzendə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.
Müdafiəçi oyundan sonra “CBC Sport” telekanalına açıqlamasında bunları deyib: “Təəssüf ki, iki qol buraxdıq və mərhələni adlaya bimədik. Mərhələni adlamağı çox istəyirdik. Komanda şəklində hamımız vuruşduq, əlimizdən gələni etdik. Amma sonda məğlub olduq. Avropa Liqasında da əlimizdən gəldiyi qədər maksimum nəticə qazanmağa, qalibiyyətlər əldə etməyə çalışacağıq. Təəssüf ki, xalqımızı sevindirə bilmədik. Dəstəklərdən xəbərimiz var idi. Bütün azarkeşlərə təşəkkür edirəm”.
- Messi Pelenin rekordunu təkrarladı
- “Qarabağ” və “Kopenagen” klublarının rəhbərləri arasında görüş keçirilib
- Azərbaycana qarşı təxribat törədən idmançı turnirdən çıxarıldı
- Boksçumuz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
- Beynəlxalq Həndbol Federasiyasının yenilənmiş oyun qaydaları Azərbaycan dilində nəşr olunub