Binə Atçılıq mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın yekun iclası baş tutub.
Apasport.az xəbər verir ki, 19 ölkədən 29 nümayəndənin iştirak etdiyi tədbirdə əvvəlcə qurumun əsasnaməsinin formatı təsdiqini tapıb.
Sonra federasiyanın digər rəhbər vəzifələrinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Mohammed Moddi federasiyanın vitse-prezidenti seçiliblər.
Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, polşalı Matsey Miçel Olbriç isə baş katib olub.
- III MDB Oyunlarının şüarı açıqlanıb – “Hər qəlbdə bir qələbə”
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
- FİFA dünya çempionatı ilə bağlı qərarını açıqladı
- “Bavariya”nın müdafiəçisi DÇ-2022-ə gedə bilməyəcək