Binədə 10 qol
06.03.2024 - 17:54
![Binədə 10 qol](https://apasport.az/storage/news/2024/march/06/big/65e86c166729765e86c1667298170973083865e86c166729565e86c1667296.png)
Futbol üzrə Azərbaycan I Liqasında XVII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
MOİK öz meydanında "Araz Saatlı"nı qəbul edib. Matç "hərbçilər"in 6:4 hesablı qələbəsi ilə başladı.
Qeyd edək ki, turun digər görüşləri 7-8 mart tarixlərində keçiriləcək.
MOİK - "Araz Saatlı" 6:4
Qollar: Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 - Nurlan Bayramov, 44 (avtoqol), Sequn Omotoşo, 48, Şamil Abdullayev, 62, Rəvan Əvəzov, 77
0
0