Boksçularımızdan beynəlxalq turnirdə 7 medal
09.07.2023 - 18:44
Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.
Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.
- Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
- Qazaxıstan Danimarkanı şoka saldı: Geridönüş və qələbə
- Klublar Komitəsinin növbəti iclası keçirilib
- UEFA Merihin bozqurd işarəsi tutmasını niyə cəzalandırır? - Hüquqi şərh
- Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub
0
0