“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis Moldova ilə sabah keçiriləcək yoldaşlıq oyununa həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq.
İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur yaxşı ki, nəticələrdən sonra razı qalmayaq".
Qeyd edək ki, Kişinyovda baş tutacaq Moldova – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Azərbaycanlı dünya çempionu: "FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi"
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramı başa çatıb - FOTO
- “Real” Cyud Bellinqemin qardaşını da istəyir
- “Liverpul” uduzmayacaq və ALT gələcək...
- "Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR