CAS “Turan Tovuz”la bağlı qərarını verdi - RƏSMİ
15.06.2026 - 23:24
CAS “Turan Tovuz”la bağlı qərarını verdi - RƏSMİ

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

CAS UEFA-nın Apellyasiya Orqanının komanda ilə bağlı 2 iyun tarixində qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

15 iyun tarixində açıqlanan qərara əsasən, bütün idman prinsiplərinə riayət edərək UEFA Konfrans Liqasına vəsiqə qazanan Tovuz təmsilçisi turnirin 2026/2027-ci illər mövsümündə iştirak etməyəcək.