Qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsi davam edir.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan millisi dördüncü oyunda qələbə qazanıb.
Voleybolçularımız yunanıstanlı rəqibləri ilə mübarizə aparıblar. Milli iki dəfə hesabda geri düşsə də, 3:2 hesabı ilə çətin qələbə qazanıb. Bu qələbədən sonra komanda xallarının sayını 5-ə yüksəldərək, üçüncü pillədə yer alıb. Qrup mərhələsinin son oyununda İsveç yığması ilə qarşılaşacaq voleybolçularımız pley-offa şansını saxlayıblar.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı sabah keçiriləcək. Görüş saat 22:00-da start götürəcək.
C qrupu
4-cü tur
Azərbaycan – Yunanıstan – 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)
- "Sevilya"nın qapıçısına hücum edən azarkeş həbs olundu
- “Neftçi”nin digər məşqçilərlə danışığı niyə uğurlu alınmayıb?
- Ayxan Abbasov: "Futbolçular uduzmaqdan qorxurdu, günahkar axtarmıram"
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Tarixin 9-cusu: Ardıcıl 10-cu qələbə