D kateqoriyalı məşqçi kurslarına yekun vurulub
18.10.2024 - 19:25
![D kateqoriyalı məşqçi kurslarına yekun vurulub](https://apasport.az/storage/news/2024/october/18/big/67127ea449ef467127ea449ef5172926531667127ea449ef267127ea449ef3.jpeg)
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Apasport.az xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.
0
0