![Daha 3 güləşçimiz Təsnifat turnirində yarımfinala yüksəlib](https://apasport.az/storage/news/2024/april/07/big/66126e1eb076b66126e1eb076c171248387066126e1eb076866126e1eb0769.jpg)
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində daha 3 güləşçimiz yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan Əliabbas Rzazadə 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb. Avropa çempionu rəqibi üzərində 6:0 hesablı qələbə qazanıb
Yarışa 1/4 finaldan qoşulan idmançımız Georgi Meşvildişvili 125 kq çəki dərəcəsində italiyalı rəqibi Abraham Konyedonu (10:0) məğlub edib.
74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançımız Turan Bayramov isə 1/4 final mərhələsində Rumıniya idmançısı Zurab Karpayevlə üz-üz gəlib. Görüş təmsilçimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, hər 3 güləşçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.