Uels yığmasının qapıçısı Ueyn Hennessi Qətərdə keçirilən dünya çempionatında ilk qırmızı vərəqənin sahibi olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunda İranla görüşün 86-cı dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılan qolkiper dünya çempionatları tarixində meydandan qovulan 3-cü qolkiperdir.
Hennessiyə qədər cəmi 2 qapıçı - italiyalı Canluka Palyuka (DÇ-1994-də Norveçlə oyunda) və cənubi afrikalı İtumelenq Hune (DÇ-2010-da Uruqvayla görüşdə) qırmızıya “layiq görülüb”.
Qeyd edək ki, Uels – İran oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Uels millisi qrupda son oyununda noyabrın 29-da İngiltərə ilə qarşılaşacaq.
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- “Qarabağ”-“Zirə” biletləri bu gün satışa çıxarılacaq
- Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"
- Mahir Emreli: "Mənim addımım onlara cəsarət verməlidir"
- Millimiz seçmə mərhələyə qələbə ilə başladı