Deku "İmişli"də - RƏSMİ
28.08.2026 - 17:06
"İmişli" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Anqoladan olan Fransişku Moraişlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Deku ləqəbli futbolçu ötən mövsüm Portuqaliyanın “Alverka“ klubunun B komandasında 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0