"Dinamo" Emreliden NARAZIDIR
01.01.2024 - 11:57
"Dinamo" Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışından razı deyil.
Apasport.az-ın məlumatına görə, Xorvatiya klubu 26 yaşlı hücumçuya yeni komanda axtarışındadır.
Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç bəzi futbolçularları ilə qışda, bəziləri ilə isə yayda yollarını ayıracaqlarını bildirib. Həmin futbolçulardan biri də Emrelidir.
Qeyd edək ki, 2022-ci ilin fevralından "Dinamo"da çıxış edən Mahirin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- "Trabzonspor"da yeni müdafiəçi - RƏSMİ
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
- Eldəniz Əzizli: “4-cü dəfə dünya çempionu olmağa çalışacağam”
- Bürünc mükafatçı Avropa yolunda - PROQNOZ
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
0
0