!["Dinamo" - "Qarabağ" matçının biletləri satışdadır](https://apasport.az/storage/news/2024/august/17/big/66c0f65fd533966c0f65fd533a172392201566c0f65fd533766c0f65fd5338.jpg)
UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” Zaqreb (Xorvatiya) - “Qarabağ” matçını “Stadion Maksimir"də izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər (1254 ədəd) iTicket.az-da onlayn şəkildə satışdadır.
Apasport.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.
Biletlərin qiyməti 30 Avro-dur. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Dinamo" Zaqreb - "Qarabağ" oyunu avqustun 20-i saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.