Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
Apasport.az xəbər verir ki, ukraynalı futbolçu Bakıdakı qarşılaşmanın çətin keçəcəyini bildirib:
“Düşünürəm ki, oyun çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. “Qarabağ”la oyun əlavə motivasiya yaradır? Əlbəttə. Mən ötən mövsüm onları izləyirdim. Bizi maraqlı və çətin oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Tezliklə meydana çıxıb ot örtüyü ilə tanış olacağıq. Düşünürəm ki, yaxşı oyun alınacaq”.
Qeyd edək ki, komandalar arasında ilk görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Teymur Rəcəbov: “Kapitan kimi ilk uğurumuzu Avropa çempionatında qazandıq”
- AFFA Rauf Əliyevin cəzasını açıqladı
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!
- Avropa Oyunları: Azərbaycan Portuqaliya və İspaniyaya rəqib oldu
- Ayxan Abbasov: “Rəqib bunu tələb edir”