
Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdenerin Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 12-də Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyevlə səmimi görüşü baş tutub.
Apasport.az xəbər verir ki, hörmətli qonaq milli, yeniyetmə və gənclərdən ibarət yığma komandaların Bakıda açıq havada keçən təlim-məşq prosesini izləyərək, idmançılarımızın hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.
Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən geniş bəhs edib. Görüşdə həmçinin ölkəmizdə idman sahəsinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.