
Səfərdəki ən uzun məğlubiyyətsizlik seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ milli çempionatlarda rəqib meydanında keçirdiyi oyunlarında ən uzun müddətdir uduzmayan 5 komanda yer alıb.
Davam edən seriyaların “Top-5”ində “Qarabağ” da yer alıb. Azərbaycan çempionu artıq 22 səfərdən xalla dönüb.
Qurban Qurbanovun yetirmələri bu göstəricidə dünyada 3-cüdür. Rekord isə “Darul Takzim”ə məxsusdur. Malayziya çempionu son 50 səfərdə uduzmayıb.
İkinci pillədə “Srvena Zvezda”dır. Serbiya klubu 25 matçdan ibarət seriya ilə həm də Avropada 1-cidir. “Qarabağ” qitədə yalnız Belqrad klubundan geri qalır.
Qeyd edək ki, 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzan ağdamlılar həmin görüşdən sonra nəinki səfərdə, ümumiyyətlə Premyer Liqada uduzmayıb.
- Diniyev oynadı, komandası heç-heçə etdi
- "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var"
- Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu