Ekitike PSJ-dən gedir
08.08.2023 - 13:19
![Ekitike PSJ-dən gedir](https://apasport.az/storage/news/2023/august/08/big/64d208e8dc73f64d208e8dc740169148644064d208e8dc73d64d208e8dc73e.jpg)
PSJ-nin futbolçusu Uqo Ekitike Fransa klubunu tərk etməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Almaniyada davam etdirə bilər.
Onun “Ayntraxt”a keçəcəyi gözlənilir. Ekitike bu klubdan PSJ-yə gedəcəyi ehtimal olunan Rendal Kolo-Muanini əvəz etməlidir. Klubların futbolçuları dəyişməsi də istisna deyil.
Qeyd edək ki, Uqonun parislilərlə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
0
0