Elçin Məsiyev Konfrans Liqası matçına təyinat alıb
01.10.2024 - 09:55
FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
- “Çelsi”yə şok cəza: transfer qadağası ilə üzləşdi
- Millimiz AÇ-yə dəniz səviyyəsindən 1700 metr yüksəlikdə hazırlaşır
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Milli üzvü Premyer Liqada klubunu dəyişir
0
0