Elvin Cəfərquliyev üçün əlamətdar matç
11.11.2024 - 10:10
"Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyev 100-cü çempionat matçına çıxıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turunda baş verib.
24 yaşlı futbolçu “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb. Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib. E.Cəfərquliyev 100 qarşılaşmada 8 qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” - “Zirə” görüşü Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- İki boksçumuz Dünya kubokunun yarımfinalında
- Azərbaycanlı atıcıdan tarixi nəticə - DÜNYA ÇEMPİONATINDA REKORD QIRDI
- Yeniyetmə stolüstü tennisçilər arasında qaliblər müəyyənləşib
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- Didye Deşam: “Məqsədimiz qələbə qazanmaqdır”
0
0