![Fariz Nəcəfov komitə sədri seçildi](https://apasport.az/storage/news/2022/august/31/big/630f3d4625e47630f3d4625e481661943110630f3d4625e45630f3d4625e46.jpg)
Bu gün “Baku Marriott Hotel Boulevard” hoteldə Klublar Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytı xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.
- "Qalatasaray" azarkeşləri narahatdır: İkardinin nümayəndəsi "Real"la görüşüb
- Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
- Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
- Almaniya Kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
- Belçika və Xorvatiyaya ÜSTÜNLÜK