Azərbaycan Boks Federasiyasında (ABF) milli komandaların məşqçilər korpusu ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Görüşdə ABF prezidentinin müşaviri Samir Hüseynov, qurumun baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və texniki direktor Ravşan Xocayev iştirak ediblər.
Toplantıda 2024-cü il üçün təqvim planının tərtib edilməsi, milli komandaların formalaşdırılması, gələcək planlar, perspektivlər, lisenziya turnirlərinə və Paris Yay Olimpiya Oyunlarına hazırlıq müzakirə edilib. Həmçinin, təlim-məşq toplanışları və yeni ildə təşkil olunacaq müxtəlif yaş qrupları üzrə Avropa çempionatları ilə bağlı fikir mübadiləsi aparılıb.
- Millimizin oyunçusu “Azərreyl”dən getdi - İndoneziya klubuna
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
- Milli Gimnastika Arenasında “Rektor kuboku” keçiriləcək
- Millimiz İsveç yığmasına qarşı