Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub - FOTO
14.06.2024 - 09:58
![Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub - FOTO](https://apasport.az/storage/news/2024/june/14/big/666bdc9fd6e75666bdc9fd6e761718344863666bdc9fd6e73666bdc9fd6e74.jpg)
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.
Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.
0
0