FIFA referilərimizin sayı artıb
19.12.2025 - 16:38
2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.
Apasport.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.
FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:
Referilər:
Kişilər:
- Əliyar Ağayev
- Elçin Məsiyev
- Kamal Umudlu
- Tural Qurbanov (yeni)
Qadınlar:
- Fəridə Lütfəliyeva
Referi köməkçiləri:
- Zeynal Zeynalov
- Akif Əmirəli
- Elşad Abdullayev
- Pərvin Talıbov
- Namiq Hüseynov
- Vüsal Məmmədov
- Cəmil Qulliyev (yeni)
- Asiman Əzizli (yeni)
Qadınlar:
- Gülnurə Əkbərzadə
- Sevda Nurıyeva
VAR hakimləri:
- Nicat İsmayıllı (yeni)
- İnqilab Məmmədov (yeni)
- Fərid Hacıyev (yeni)
Futzal üzrə referilər:
- Hikmət Qafarlı
- Knyaz Əmiraslanov
- Əli Cəbrayılov
Çimərlik futbolu üzrə referi:
- Nail Nağıyev
0
0