"Gəncə" oyunçusu ilə müqavilə yenilədi
12.09.2024 - 12:56
!["Gəncə" oyunçusu ilə müqavilə yenilədi](https://apasport.az/storage/news/2024/september/12/big/66e2acede9a2a66e2acede9a2b172613143766e2acede9a2866e2acede9a29.jpg)
Azərbaycan Basketbol Liqasına hazırlıqları davam etdirən "Gəncə" klubu Maqsud Rüstəmov ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.
197 sm boya malik Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.
0
0